İraqda Türkiyənin 1 hərbçisi ölüb, 3-ü yaralanıb

Türkiyənin İraqın şimalındakı Haftanin bölgəsində yerləşən hərbi hissəsinə PKK silahlı qruplaşmasının hücumu nəticəsində bir hərbçi şəhid olub, 3 hərbçi yaralanıb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, həmin bölgədə keçirilən antiterror əməliyyat nəticəsində PKK-nın 12 terrorçusu məhv edilmişdi.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri son günlər İraqın şimalında  antiterror əməliyyatını intesivləşdirib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24