Bakı. 12 sentyabr. REPORT.AZ/ İranla Ermənistan arasında malların gömrük keçidinin sadələşdirilməsi haqqında razılaşma təsdiqlənib.
“Report” “Novosti Armnniya”ya istinadən xəbər verir ki, Ermənistan parlamenti sentyabrın 12-də sənədi ratifikasiya edib.
Parlamentin 105 üzvündən 92-si razılaşmanın lehinə səs verib.
Razılaşmaya əsasən, yükə tərəflərdən birinin sərhəd-keçid məntəqəsində baxılıbsa, o zaman qarşı tərəfdə yenidən yolxama olmayacaq. Məlumata görə, hər iki tərəfin Gömrük Xidməti öz həmkarlarının yoxlamasına etibar edəcək.
Qeyd edək ki, bu razılaşmanı Ermənistan hökuməti iyulun 13-də, İran parlamenti iyulun 19-da təqdim edib.