Bakı. 2 noyabr. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif noyabrın 2-də Türkiyəyə səfər edəcək.
“Report” xəbər verir ki, məlumatı “Hürriyet” yayıb.
Qeyd edək ki, M.Zərif oktyabrın 29-da Türkiyədə səfərdə olub. Onun yenidən Türkiyəni ziyarətinin ABŞ-ın sanksiyası ilə bağlı olacağı ehtimal edilir.
ABŞ-ın noyabrın 4-də İranın energetika sahəsinə sanksiya tətbiq edəcəyi gözlənilir. Türkiyə rəsmiləri bu məsələdə onlara da güzəşt ediləcəyinə güvənirlər.