İranın xarici işlər naziri Rusiya, Çin və Belçikaya səfər edəcək

Bakı. 11 may. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 14-də Rusiyaya səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

O, səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla ABŞ-ın İranın nüvə sazişindən çıxması məsələsini müzakirə edəcək. 

M.C.Zərif mayın 12-də Çinə gedəcək, mayın 15-də isə Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı ölkələrinin ABŞ-ın İranın nüvə sazişindən çıxması məsələsini müzakirə edəcəkləri toplantıya  qatılacaq.

Qeyd edək ki, mayın 9-da ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranın nüvə sazişindən çıxdığını açıqlayıb. 

Digər xəbərlər