İranın xarici işlər naziri ABŞ-a səfər edəcək

Bakı. 18 aprel. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmmədcavad Zərif aprelin 19-da ABŞ-a səfərə gedəcək. 

“Report” İran KİV-inə istinadən xəbər verir ki, onu səfərdə müavinləri müşaiyət edəcək.

Bildirilib ki, M.Zərif Nyu-Yorkda BMT-nin təşkil etdiyi sülh toplantısına qatılacaq. Eyni zamanda ABŞ-ın Xarici Əlaqələr Şurasında məruz ilə çıxış edəcək. Bu şura 100 ilə yaxındır fəaliyyət göstərir. ABŞ-ın keçmiş dövlət katibləri, bankçıları, hüquq və mətbuat sahəsində tanınmış şəxsiyyətləri bu qurumun üzvləridir.

İran xarici işlər nazirinin ABŞ-a səfəri 6 gün sürəcək. Onun BMT-nin Baş katibi Antoniu Quterrişlə görüşü planlaşdırılıb. Görüşdə Qərb ölkələri ilə İran arasında Tehranın nüvə proqramına dair imzalanan razılaşma, Yəmən və Suriyadakı vəziyyət müzakirə ediləcək.  

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 06 noyabr, 2026 / 05:45