Bakı. 15 oktyabr. REPORT.AZ/ İranın Türkiyədəki səfirliyinin binasına hücum hazırlamaqda şübhəli bilinən bir nəfər saxlanılıb.
“Report” NTV televiziyasına istinadən xəbər verir ki, kimliyi açıqlanmayan həmin şəxs İraq əsillidir.
*** 13:09
İranın Türkiyədəki səfirliyinin binasına intiharçı-kamikadzenin daxil olması ilə bağlı həyəcan siqnalı verilib.
“Report” “Haberler”ə istinadən xəbər verir ki, məlumatdan sonra Türkiyə paytaxtı Ankaradakı Tehran küçəsi bağlanıb.
Səfir binadan uzaqlaşdırılıb, genişmiqyaslı tədbirlər görülüb.