İranın tanınmış ayətullahı vəfat edib

Bakı. 21 dekabr. REPORT.AZ/ İranın Dini Ekspertlər Şurasının keçmiş üzvü ayətullah Mühiddin Xaaeri Şirazi vəfat edib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, o, 80 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, M.Şirazi 1937-ci il fevralın 1-də İranın Şiraz bölgəsində anadan olub. O, 1979-cu il İslam inqilabının aparıcı simalarından biri olub. Məhəmmədrza şah Pəhləvinin hakimiyyəti illərində dəfələrlə həbs edilib, işgəncələrə məruz qalıb.

M.Şirazi İslam inqilabından sonra ayətullah Xomeyni tərəfindən Şirazın imam cüməsi təyin edilib. 

Digər xəbərlər