İranın neft şirkətinə məxsus vertolyot qəzaya uğrayıb

Bakı. 17 aprel. REPORT.AZ/ İranın neft şirkətinə məxsus vertolyot çərşənbə axşamı Fars körfəzində qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bildirilir ki, vertolyot Lavan adasından Kiş adasına uçurmuş. Hava gəmisinin göyərtəsində 5 nəfər olub. Onlardan ikisi artıq xilas edilib.

Digər xəbərlər