İranda zəlzələ nəticəsində dəyən maddi ziyanın miqdarı açıqlanıb

Bakı. 17 noyabr. REPORT.AZ/ İran-İraq sərhədində noyabrın 12-də baş vermiş zəlzələ nəticəsində Tehrana 5 milyard avro ziyan dəyib.

“Report” xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Xatırladaq ki, 7,3 bal gücündə dağıdıcı zəlzələ zamanı İranın Kermanşah və Ellam əyalətlərində 550 nəfər ölüb, 7 mindən çox sakin xəsarət alıb. 

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50