İranda terroru törətməkdə şübhəli bilinənlərin şəxsiyyəti müəyyənləşib

Bakı. 8 iyun. REPORT.AZ/ Tehranda terroru törədənlərin şəxsiyyətləri müəyyənləşib.

“Report” “Təsnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın İnformasiya və Kəşfiyyat Nazirliyi açıqlama yayıb.

Fotoları yayılan 5 terrorçunun İŞİD qruplaşmasının üzvü olduğu təsbit edilib.

Nazirlik 5 şübhəlinin adlarını açıqlayıb: Kayyum, Əbu Cihad, Ramiya, Seriyas və Feridun. Onların ailələrinin təhlükəsizliyi baxımından soyadları açıqlanmayıb. 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49