İranda sərnişin qatarının relsdən çıxması nəticəsində 3 nəfər ölüb.
“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə Sistan-Bəlucistan əyalətinin Təbii Fəlakətlə Mübarizə İdrarəsinin baş direktoru Əbdül Rəhman Şahnavazi məlumat verib.
Onun sözlərinə görə, hadisə sentyabrın 25-i yerli saatla 16:00-da baş verib.
*** 18:13
İranda sərnişin qatarının relsdən çıxması nəticəsində 40 nəfər xəsarət alıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Sistan-Bəlucistan əyalətinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Cavad Salarzerehi məlumat verib.
Qatar Zahidan-Tehran istiqamətində hərəkət edirmiş.