İranda naməlum şəxs bıçaqla insanlara hücum edib, 1 nəfər ölüb, 2-si yaralanıb

Bakı 29 avqust. REPORT.AZ/ İranın paytaxtı Tehranda naməlum şəxs bıçaqla insanlara hücum edib. 

"Report" İRNA-ya istinadən xəbər verir ki, hadisə şəhərin cənubunda avtobus dayanacaqlarından birində qeydə alınıb. 

Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

İranın Fövqəladə Hallar üzrə Agentliyinin rəhbəri Həsən Abbasi bildirib ki, yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti kafidir.

Cinayətkar saxlanılaraq polis bölməsinə aparılıb. 

Hadisənin səbəbləri hələlik məlum deyil. 

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49