İranda avtobus qəzaya uğrayıb, 20 nəfər ölüb

İranın şimal-qərbində avtobusun qəzaya uğraması nəticəsində 20 nəfər ölüb, 23 nəfər yaralanıb.

"Report" İSNA-ya istinadən xəbər verir ki, qəza səhər tezdən Semnan əyalətinin Xatır Kux ərazisində baş verib.

Sərnişin avtobusunun Tehran – Kəlalə marşrutu üzrə hərəkət etdiyi bildirilir.

Yaralılar yerli xəstəxanalara çatdırılıblar.

Digər xəbərlər