İranda bir aylıq körpədə koronavirus aşkarlandı

İranın Rəzəvi Xorasan əyalətində yeni doğulmuş körpədə COVID-19 aşkarlanıb.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu ölkənin Tibb Elmləri Universitetinin rektoru Cavad Bazəli bildirib. 

“Nəfəs çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirilən 35 günlük körpədə koronavirus analizinin nəticələri pozitiv çıxıb”, - C.Bazəli bildirib.

O, həmçinin körpənin durumunun yaxşıya doğru getdiyini də vurğulayıb.

Qeyd edək ki, İranda ilk dəfə fevralın 19-da qeydə alınan koronavirus ölkədə 35 408 nəfərdə aşkarlanıb. İranda virus qurbanlarının sayı isə 2 500-ü ötüb. 

Digər xəbərlər