Bakı. 3 noyabr. REPORT.AZ/ İran “Kowsar” adlı qırıcı təyyarələrin kütləvi buraxılışına başlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Əmir Hatəmi bildirib.
“Yaxın zamanda biz bu təyyərədən lazım olan qədər istehsal edib Hərbi Hava Qüvvələrinə xidmətə verəcəyik”, - deyə nazir vurğulayıb.
Bildirilib ki, “Kowsar” ilk dəfə cari il avqustun 21-də nümayiş etdirilib. O, reaktiv hərbi təyyarələrin 4-cü nəslinə aid edilir. Bu, İranın öz istehsalı olan ilk təyyarə sayılır.