İran prezidenti postuna 1636 namizəd qeydə alınıb

Bakı. 16 aprel. REPORT.AZ/ Mayın 19-da İranda keçiriləcək prezident seçkilərinə namizədlərin qeydiyyatı başa çatıb.

“Report” xəbər verir ki, İran Daxili İşlər Nazirliyinin açıqladığı məlumata əsasən, beş gün davam edən qeydiyyat kampaniyasının nəticəsinə görə, 1636 nəfər – 1499 kişi və 137 nəfər qadın namizəd vəsiqəsi alıb.

Sonuncu qeydiyyata alınanlardan biri Tehran meri Məhəmməd Baqir Qalibaf, digəri isə İranın birinci vitse-prezidenti İshaq Cahangiridir. Cümə günü seçkiqabağı yarışmaya onun iki şəksiz favoriti – hazırkı prezident Həsən Ruhani və “İranın İnqilabi Qüvvələrinin Xalq Cəbhəsi” Mühafizəkar partiyaları alyansından namizəd olan İbrahim Raisidir. Əsas mübarizənin onların arasında gedəcəyi gözlənilir.

Digər xəbərlər

Paşinyan Rusiyaya yola düşüb 06 iyul, 2026 / 09:11