İran nüvə obyektlərinin monitorinqinə icazə verir

İran nüvə silahı əldə etməyə can atmır, buna görə də nüvə obyektlərinin monitorinq edilməsinə icazə verir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasına bir həftəlik yüksək səviyyəli səfərin yekunlarına dair mətbuat konfransında bildirib.

"Nüvə silahı əldə etmək istəyən onun monitorinqi imkanını azaldır. Biz isə bunu etmirik", - İran hökumətinin mətbuat xidməti Ruhanidən sitat gətirib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49