İran İraqla sərhəddə ordunu gücləndirəcək

Bakı. 8 may. REPORT.AZ/ İranın Baş Qərargahının rəhbəri Məhəmməd Bakeri İraqla sərhəddə yerləşən Xuzistan ostanında silahlı qüvvələrin gücləndirilməsi barədə qərar qəbul edildiyini məlumat verib.

Bu barədə "Report" IRNA-ya istinadən xəbər verir.

Qeyd edək ki, İranın yüksək çinli hərbi məmuru hazırda Xuzistan ostanına səfərdədir.

O vurğulayıb ki, İran Silahlı Qüvvələri bütün sahələrdə öz vəzifələrini yaxşı yerinə yetirdiyindən İran heç bir təhdiddən qorxmur.

Digər xəbərlər

İran ABŞ-nin təklifinə cavab verib 04 oktyabr, 2026 / 12:33