Türkiyədə hərbi anbarda partlayış olub

Türkiyənin Hatay əyalətində hərbi anbarda partlayış olub.

“Report” xəbər verir ki, məlumatı “Hürriyet” yayıb.

Bildirilib ki, hadisə avqustun 9-da səhər saatlarında əyalətin Reyhanlı rayonunda silah-sursat anbarında baş verib.

Partlayışdan sonra bəzi evlərin sakinləri təhlükəsizlik məqsədi ilə təxliyyə ediliblər. 

Digər xəbərlər