“Haber Global”: Kahramanmaraşın "Azərbaycan Məhəlləsi"ndə 1 323 mənzilin inşası başa çatıb

Kahramanmaraşın "Azərbaycan Məhəlləsi"ndə 1 323 mənzilin inşası başa çatıb, açarlar sakinlərə təqdim ediləcək.

“Report” xəbər verir ki, bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə qeyd olunub.

Qeyd olunub ki, "Azərbaycan Məhəlləsi” 258 hektar ərazidə qurulub:

"Ərazidə inşa edilən 1 323 mənzilin mini 2+1 otaqlı, 119-ü 3+1, 94-ü isə 1+1 otaqlıdır. Bununla yanaşı 464 ofisin inşası tamamlanmaq üzrədir. Bütün binalara aid parkinq yerləri mövcuddur. Bunlarla yanaşı Azərbaycanın dəstəyi ilə Mədəniyyət mərkəzinin yaradılması da planlaşdırılır".

Eyni zamanda bildirilib ki, "Azərbaycan Məhəlləsi"nin inşası başa çatır.

“Bu ilin sonunadək Kahramanmaraşın zəlzələ baş vermiş ümumi ərazisində 452 min 983 mənzil və iş yeri vətəndaşlara təhvil veriləcək”,- süjetdə vurğulanıb.

Məlumata əsasən, burada təkcə ev və iş yerləri deyil, həm də xəstəxana və məktəblər yenidən qurulur:

“Hətta xəstəxanalardan biri artıq fəaliyyətə başlayıb. Bir neçə ay içərisində dörd xəstəxana da istifadəyə veriləcək. İl sonuna qədər məktəblər fəaliyyətə başlayacaq. Məktəblərdən birinə Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin adı verilib”.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49