Gürcüstanın XİN başçısından turistlərlə bağlı açıqlama

“Artıq bir neçə ölkə Gürcüstanı prioritet turizm istiqaməti kimi müəyyənləşdirib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani bildirib.

Onun sözlərinə görə, bu ölkələrə İsrail, Baltikyanı ölkələr, Şərqi Avropa ölkələri, Çexiya, Polşa, Macarıstan və qonşu ölkələr daxildir: “Bu istiqamətdə səfirliklər vasitəsilə danışıqlar aparılır. Ölkələrin coğrafiyası tədricən genişlənəcək”.

Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən xarici turistlər üçün sərhədlərini açacaq. 

Digər xəbərlər