Tbilisi. 1 mart. REPORT.AZ/ “Gürcüstanın NATO-ya inteqrasiyası istiqamətində bu il ciddi fəallıq olacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.
O deyib ki, NATO-nun baş katibi Yens Stoltenberqin Gürcüstana səfəri gözlənilir: “Gürcüstanda NATO-nun Hərbi komitəsinin iclası və NATO-nun hərbi təlimləri planlaşdırılıb. NATO-nun Brüssel sammitində qeyd olunub ki, Gürcüstanın Alyansa üzv olması istiqamətində bütün praktiki alətlərin istifadə olunması baxımından nəzərəçarpacaq nəticəsi var”.
D.Zalkaliani qeyd edib ki, NATO-nun Hərbi komitəsinin iclasında Gürcüstan tərəfi illik milli proqram təqdim edəcək.