Gürcüstanın müxalif "Avropalı Gürcüstan" Partiyasının liderlərindən biri Gigi Uqulava dindirilmə üçün məhkəməyə gedib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, müxalifətçi hakim qarşısında iyunun 20 və 21-də Tbilisidə baş verən hadisələrlə bağlı ifadə verəcək.
Qeyd edək ki, ötən həftə G.Uqulava və digər müxalifətçilər Gia Baramidze və İrakli Okruaşvili dindirilməyə çağırılsalar da, sorğu-sual olunmaqdan imtina ediblər. Gürcüstan Daxili İşlər Nazirliyi müxalifətçilərin hakim qarşısında dindirilməsi ilə bağlı məhkəməyə müraciət edib. G.Baramidze ötən həftə dindirilib.