Gürcüstanın Futbol Federasiyası (GFF) baş sponsoru olan Rusiyanın “VTB Bank”ı ilə əməkdaşlığı dayandırıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə federasiyadan bildirilib.
Bankın loqotipi GFF-nin bütün kommunikasiya kanallarından, çap və rəqəmsal mediadan, milli komandanın geyimindən də yığışdırılıb.
Federasiya yeni baş sponsorunu yaxın zamanlarda elan edəcək.
Qeyd edək ki, “VTB Bank”ın Gürcüstandakı törəməsi 2016-cı ildən GFF-nin rəsmi baş sponsoru olub.