​Gürcüstanın baş naziri: "Rusiya ilə münasibətdə sülh danışığına alternativ görmürəm"

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Biz bütün qonşular, o cümlədən Azərbaycan, Türkiyə və Ermənistanla sıx əməkdaşlıq edirik".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkəsinin xaricdəki səfirləri ilə görüşündə bildirib.

Baş nazir deyib ki, Rusiya ilə münasibətdə sülh danışığı və praqmatik siyasətə alternativ görmür. 

Digər xəbərlər

Sergey Lavrov Çində səfərdədir 14 aprel, 2026 / 07:10