Gürcüstanın baş naziri özünütəcrid rejiminə keçib

Gürcüstanın baş naziri Giorgi Qaxaria özünütəcrid rejiminə keçib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.

Hökumət başçısı qeyd edib ki, təmasda olduğu əməkdaşında koronavirus aşkarlanıb: “Buna görə də özünütəcrid rejiminə keçmişəm və bu rejimdə işimi davam etdirəcəm”.

Yayılan məlumatlara əsasən, G.Qaxarianın mühafizəçisi COVID-19-a yoluxub.

Digər xəbərlər