Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş beynəlxalq kampaniya çərçivəsində Gürcüstanın 45 aparıcı onlayn informasiya resursunda “Xocalıya ədalət” banerləri yerləşdirilib.
“Report”un yerli bürosu xəbər verir ki, saytların baş və digər səhifələrində yer alan banerlərdən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının rəsmi www.justiceforkhojaly.org saytına birbaşa keçid yüklənib.