Gürcüstanda 120-dən çox QHT “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə məhkəməyə müraciət edəcək

Gürcüstanın 121 QHT-si “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə bu gün Konstitusiya Məhkəməsində iddia qaldıracaq.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu IDFI nümayəndəsi Giorgi Davituri deyib.

"Mübahisəli qanun vətəndaşların ölkənin ümumi məqsədinə - yaxşılıq etmək və insanlara kömək etmək üçün birləşmək hüququnu məhdudlaşdırır”, - o bildirib.

G.Daviturinin sözlərinə görə, QHT-lər Avropa İnsan Haqları Məhkəməsində də (AİHM) iddia qaldırmağa hazırlaşır.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40