Ötən il 105 107 nəfər Gürcüstandan mühacirət edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik müqayisədə qonşu ölkəni tərk edənlərin sayında 6,2% artım qeydə alınıb.
Ötən il Gürcüstana mühacir edənlərin sayı illik müqayisədə 9,9% artaraq 96 864 nəfər təşkil edib.
Hesabat ilində qonşu ölkədən mühacirət edənlərin 85,3%-ni, immiqrantların isə 84,9%-ni əmək qabiliyyətli yaşda (15-64 yaş qrupu) olan şəxslər təşkil edib.