Gürcüstanda zəlzələ olub

Gürcüstanda 3,6 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi bildirib.

Mərkəzə görə, təbiət hadisəsinin episentri paytaxt Tbilisidən 12 km cənub-qərbdə olub. Yeraltı təkanların ocağı 24 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xəbər lenti