Bakı. 7 may. REPORT.AZ/ Gürcüstanın şərqində turistləri daşıyan mikroavtonbus qəzaya uğrayıb, nəticədə 2 nəfər ölüb, 17 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, hadisə Aşağı Kartli diyarının Ağbulaq bələdiyyəsinin Manqlisi qəsəbəsi yaxınlığında baş verib.
Bildirilir ki, mikroavtobus təkərlə bağlı problemə görə aşıb.