Gürcüstanda sərnişin qatarı relsdən çıxıb

Gürcüstanda Zuqdidi-Tbilisi istiqaməti üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.

“Report”un yerli bürosu xəbər verir ki, sərnişinlər təxliyə olunub.

“Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib ki, qatarın dördüncü vaqonu relsdən çıxıb və qəza zamanı xəsarət alan olmayıb.

Şirkət hadisə yerinə əlavə qatar göndərib.

Qəzanın səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər

Türkiyədə 350 kq kokain aşkarlanıb 13 sentyabr, 2026 / 14:16
Hakan Fidan Suriyaya səfər edib 13 sentyabr, 2026 / 14:04