Gürcüstanda məktəbliləri ekskursiyaya aparan mikroavtobus dərəyə aşıb, 4 nəfər ölüb, xeyli sayda yaralı var

Bakı. 9 iyun. REPORT.AZ/ Gürcüstanda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb. 

"Report" İMEDİ telekanalına istinadən xəbər verir ki, hadisə Kaxeti rayonunda Qombori aşırımında qeydə alınıb.

Nəqliyyat vasitəsinin yoldan çıxaraq dərəyə aşması nəticəsində 2-si uşaq olmaqla, 4 nəfər ölüb, xeyli sayda yaralı var. 

Məktəblilər Kaxeti bölgəsinə ekskursiyaya gedirlərmiş. 

Faktla bağlı cinayət işi açılıb. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24