Gürcüstanda məktəbdə yanğın baş verib

Gürcüstanın Kutaisi şəhərində 3 saylı ictimai məktəbdə yanğın baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, yanğın məktəbin dam örtüyü və idman zalında qeydə alınıb.

Hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub. Yanğının söndürülməsi işləri davam etdirilir.

Məktəbdə tədris prosesi başa çatdığından hadisə zamanı xəsarət alan olmayıb. 

Digər xəbərlər

Türkiyədə 350 kq kokain aşkarlanıb 13 sentyabr, 2026 / 14:16
Hakan Fidan Suriyaya səfər edib 13 sentyabr, 2026 / 14:04