Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı artdı

Gürcüstanda son sutkada daha 45 nəfərin koronavirusla bağlı testinin nəticəsi pozitiv çıxıb, 6 pasiyent sağalaraq evə buraxılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Saölamlıq Milli Mərkəzindən bildirilib.  

Bununla da qonşu ölkədə COVID-19-a yoluxma hallarının sayı 1 729-a çatıb. Sağalanların sayı 1 321 nəfər, vəfat edənlərin sayı isə 19 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantin zonalarında 5 882, stasionar nəzarətdə isə 390 nəfər saxlanılır. 363 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Qeyd edək ki, ötən gün qonşu ölkədə koronvirusa sutkalıq yoluxma göstəricisi 34 olub.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24