Gürcüstanda həkim koronavirusa yoluxdu

Gürcüstanda tibb işçisinin koronavirusa yoluxması təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria brifinqdə bildirib.

O qeyd edib ki, ölkədə artıq koronavirusa 100 yoluxma halı aşkarlanıb: “Üç halla bağlı ilkin yoluxma mənbəyi müəyyən edilməyib. Koronavirus qlobal problemdir və bu çağırışın öhdəsindən gəlmək üçün polislər və tibb işçilərinin gündəlik fədakar işi ilə yanaşı, vətəndaşların da səyləri tələb olunur”.

Digər xəbərlər

Türkiyədə deputat bıçaqlanıb 18 avqust, 2026 / 22:13