Gürcüstanın paytaxtı Tbilisidə elektrik enerjisinin təminatı tam bərpa olunub.
“Report”un yerli bürosu xəbəri verir ki, bu barədə “Gürcüstanın Dövlət Elektrik Sistemi” SC məlumat yayıb.
Bildirilib ki, bölgələrdə də elektrik enerjisinin təminatı tədricən bərpa olunacaq.
Elektrik enerjisi təminatında yaranan problem Tbilisinin bəzi rayonlarının su təchizatında da məhdudiyyətlərə səbəb olub.
***19:05
Gürcüstanın paytaxtı Tbilisi şəhərində və bölgələrdə elektrik enerjisinin təminatında məhdudiyyətlər yaranıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, buna 500 kilovatlıq “İmereti” elektrik ötürücü xəttində baş vermiş qəza səbəb olub.
Hazırda qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.