Gürcüstanda distant iş rejiminə keçilir

Gürcüstanın Baş naziri Giorgi Qaxaria dövlət orqanları və özəl təşkilatlara koronavirusun yayılmasının qarşısının alınması üçün mümkün olduğu qədər uzaqdan iş şəraitinə keçməyi tövsiyə edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, distant iş rejiminin hökumətin fəaliyyətinin effektivliyinə təsir etməməsi vacibdir. 

Digər xəbərlər

Paşinyan yeni müşavir təyin edib 08 dekabr, 2025 / 20:02