Gürcüstanda deputat koronavirusa yoluxub

Gürcüstan parlamentinin deputatı Levan Qoqiçaişvilinin koronavirus infeksiyasına yoluxduğu təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, virus onun həyat yoldaşı, “Pirveli” telekanalının jurnalisti Vika Bukiada aşkarlanıb.

Onların COVID-19-la bağlı ilk testləri neqativ nəticələnsə də, özünütəcrid rejiminin ikinci günündə aparılan testlər müsbət nəticə göstərib.

Digər xəbərlər

İranda fabrik yanır 05 yanvar, 2026 / 17:53