Gürcüstanda daha iki çinli xəstəxanaya yerləşdirildi

“Bu gün Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına iki Çin vətəndaşı çatdırılıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, hazırda həmin şəxslərdən analiz nümunələri götürülür və cavablar bu gün ərzində məlum olacaq.

A.Qamkrelidze qeyd edib ki, Çin vətəndaşları Gürcüstanda həyata keçirilən infrarastruktur layihəsində çalışırlar. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24