Gürcüstanda daha 3 731 nəfərdə COVID-19 aşkarlanıb, 72 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində daha 3 731 nəfərə koronavirus diaqnozu qoyulub, 72 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyə qədər COVID-19-a yoluxanların sayı 853 833-ə, ölənlərin sayı isə 12 191-ə yüksəlib.

Son 24 saat ərzində infeksiyadan sağalanların sayı 4 295 nəfər artaraq 796 453 olub.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24