Gürcüstanda daha 20 nəfər koronavirusdan ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 1 147 yeni yoluxma faktı qeydə alınıb, 20 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 311 457-yə, ölənlərin sayı isə 4 130-a yüksəlib.

Son 24 saat ərzində müalicə olunaraq sağalanların sayı isə 690 nəfər artaraq 291 457 olub.

Digər xəbərlər

İlber Ortaylı vəfat edib 13 mart, 2026 / 16:49