Gürcüstanda daha 17 nəfərdə koronavirus aşkarlanıb  

Gürcüstanda son sutkada koronavirusa 17 yeni yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulanların sayı 1 411-ə çatıb. Onalrın 1 132-si sağalıb, 17-si isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 6 848, stasionar nəzarətdə isə 269 nəfər saxlanılır. 

Digər xəbərlər