Gürcüstanda COVID-19-a yoluxanların sayı artdı

Gürcüstanda daha 9 nəfərdə koronavirus aşkarlanıb, 4 pasiyent sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 394-ə, sağalanların sayı isə 1 132-yə çatıb. 17 nəfər isə xəstəlikdən vəfat edib.

Hazırda Gürcüstan üzrə 6 903 nəfər karantində, 278 nəfər isə stasionar nəzarətdə saxlanılır. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24