Gürcüstanda 3,6 maqnitudalı zəlzələ olub

Gürcüstanda 3,6 maqnitudalı zəlzələ baş verib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 05:12-də qeydə alınıb.

Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Axmeta şəhərindən 52 km şimal-şərqdə, Doçu kəndi yaxınlığında yerləşib.

Digər xəbərlər