2020-ci ildə 1 951 nəfər Azərbaycan vətəndaşı Gürcüstana mühacirət edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.
Sənədə əsasən, onların 979-u kişi, 972-si isə qadın olub. İllik müqayisədə vətəndaşların sayı 1 718 nəfər və yaxud 1,9 dəfə azalıb.
Ötən il Gürcüstandan 2 947 nəfər Azərbaycan vətəndaşı mühacirət edib ki, bu da 2019-cu ilin eyni göstəricisindən 865 nəfər çoxdur.
Hesabat ilində Gürcüstanda emiqrantların sayı 74 264, immiqrantların sayı isə 89 996 nəfər olub.