Gürcüstanın xarici işlər naziri David Zalkaliani rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.
BMT Baş Assambleyasını 74-cü sessiyası çərçivəsində baş tutan görüşdə Gürcüstan tərəfinin əsas müzakirə mövzusu ölkə ərazisinin işğalı olub.
Görüş İsveçrə tərəfinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.