Gürcüstan və Rusiya arasında danışıqlar təxirə salındı

Gürcüstan və Rusiya arasında Cenevrədə keçirilməsi planlaşdırılan danışıqların 51-ci mərhələsi koronavirusa görə təxirə salınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Bu barədə qərarı Cenevrə danışıqlarının Avropa İttifaqı, BMT və ATƏT-dən olan həmsədrləri qəbul ediblər.

Danışıqların növbəti mərhələsi 31 mart – 1 aprel tarixində keçirilməli idi.

XİN-dən qeyd olunub ki, beynəlxalq təşkilatların həmsədrləri danışıqların aparılması üçün yeni tarix təyin edəcəklər.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında Cenevrə danışıqları 2008-ci ilin avqust müharibəsindən sonra başlayıb. İki ölkə arasında yeganə siyasi dialoq formatı olan Cenevrə danışıqlarının son mərhələsi ötən ilin noyabrında baş tutub. 

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 06 noyabr, 2026 / 05:45