“Gürcüstan 2020-ci ildə “Şərq tərəfdaşlığı” sammitinə ev sahibliyi etməyə hazırlaşır”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.
O deyib ki, rəhbərlik etdiyi qurumun gələnilki büdcəsinin əhəmiyyətli hissəsi sammitlə bağlı hazırlıq işlərinə sərf olunacaq.
XİN başçısı vurğulayıb ki, 2020-ci ildə Gürcüstan ilk dəfə olaraq Avropa Şurasına sədrlik edəcək: “Gürcüstanda Avropa Şurasının Nazirlər Komitəsinin toplantısı təşkil olunacaq. Bununla yanaşı, ölkədə bir sıra tədbirlər də planlaşdırılıb”.