Gürcüstan polisi Kobuleti şəhərində xüsusi əməliyyat keçirib

Tbilisi. 25 noyabr. REPORT.AZ/ Gürcüstanın güc strukturları Kobuleti şəhərində Aqmaşenebeli prospektindəki evlərin birində xüsusi əməliyyat keçiriblər.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, əməliyyat nəticəsində evlərin birindən çoxlu sayda silah-sursat, partlayıcı maddə və vasitələr ələ keçirilib. 

Əməliyyat zamanı habelə bir nəfər saxlanılıb. Saxlanılan şəxsin kimliyi və silah-sursatın həmin evdə hansı məqsədlərlə saxlanıldığı barədə məlumat verilmir. Bildirilir ki, o, həmin evdə kirayənişin yaşayırmış.

Faktla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyində cinayət işi başlanılıb.

Digər xəbərlər

Nikol Paşinyan Brüsselə yollanıb 03 noyabr, 2026 / 09:47